Cəlal Eynullayev: ""Yüksəliş" müsabiqəsinə müraciət edənlərin çoxu iqtisadçılardır"

Cəlal Eynullayev: ""Yüksəliş" müsabiqəsinə müraciət edənlərin çoxu iqtisadçılardır"

"Yüksəliş" müsabiqəsinə müraciət edənlərin çoxu iqtisadçılardır. Bunu "Azərsun Holdinq"in təlim mərkəzinin rəhbəri, "Yüksəliş" müsabiqəsində ekspert kimi fəaliyyət göstərən Cəlal Eynullayev jurnalistlərə açıqlamasında deyib.

C. Eynullayev qeyd edib ki, müsabiqəyə iqtisadçılarla yanaşı, orta məktəb müəllimləri, həkimlər belə müraciət edirlər: "Burada təhsillə bağlı bir problem yoxdur. Qaliblər arasında həkimlər, müəllimlər də var".

C. Eynullayev bildirib ki, artıq üçüncü ildir "Yüksəliş" müsabiqəsində ekspert kimi fəaliyyət göstərir: "Ölkəmizdə potensiyallı kadrların qiymətləndirilməsini görmək çox müsbət nəticədir. Bu kadrların arasında çox layiqli, yüksək vəzifələrdə çalışmaq üçün potensiyala malik iştirakçılar var". Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Dövlət başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Satışda olan YENİ nəşrlərimiz:

 

0 Komment

    Şərh yazın