Baş Nazirin yeni qərarı ilə hansı işçilərin tarif (vəzifə) maaşlarına 20 faiz artım tətbiq ediləcək?

Baş Nazirin yeni qərarı ilə hansı işçilərin tarif (vəzifə) maaşlarına 20 faiz artım tətbiq ediləcək?

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun  5 iyun 2023-cü il tarixli, 182 saylı qərarı ilə “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim
şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına dəyişiklik edilib. Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərimizdə işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində (20 faiz) müəyyən edilib.
Qeyd edək ki, Qərara əsasən artım 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədə olacaq.
qüvvədədir. 

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər