6 ay firmada ekspeditor işlədi...

6 ay firmada ekspeditor işlədi...

 Mənimsədiyi məbləğ 666 00 manat olanda tutuldu...

“Kazbeqi Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus əmlakın mənimsənilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

"Qafqazinfo"nun məlumatına görə, müəyyən edilib ki, MMC-də 2012-ci ilin yanvar-iyun aylarında sürücü-ekspeditor vəzifəsində işləmiş Tural Əfəndiyev və başqaları onlara etibar edilmiş malların satışından əldə olunmuş pul vəsaitinin bir hissəsini müəssisənin kassasına mədaxil etməyərək mənimsəmiş, bununla da cəmiyyətə ümumilikdə 66 min 600 manat məbləğində ziyan vurublar.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər