Nabranda 2 istirahət mərkəzində vergi orqanları siyahıya alınma etdilər...
Başlandı yay mövsümü...
2013-cü il iyun ayının 11-də 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Şimal qəsəbəsindəki “Nabran” kiçik müəssisəsinə məxsus “Mayak” istirahət mərkəzində əmlakın siyahıya alınması tədbirləri keçirilmişdir. Müəssisənin fəaliyyəti araşdırılarkən, onun 7 min 917 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilmiş, bu barədə ona bildiriş göndərilsə də borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməmişdir.
Cari ilin may ayının 27-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmış və istirahət mərkəzindəki 9 min manatlıq məişət texnikası və avadanlığı müəyyən edilmiş qaydada siyahıya alınmışdır.
Həmin gün vergi əməkdaşları Xaçmaz rayonunda yerləşən digər istirahət mərkəzində - Nabran qəsəbəsində yerləşən “Asiman“ MMC-yə məxsus “Qreenville” istirahət mərkəzində də əmlakın siyahıya alınması tədbirləri keçirmişlər. Müəssisənin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 5 min 78 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilmiş, bununla bağlıona bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməmişdir. Cari ilin may ayının 23-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmış və istirahət mərkəzindəki 6 min manatlıq əmlak müəyyən edilmiş qaydada siyahıya alınmışdır
0 Komment
Şərh yazın