Baş mühasib işləyəndə də belə işləyəsən deyənlər üçün....

Baş mühasib işləyəndə də belə işləyəsən deyənlər üçün....

Hansı təşkilatın baş mühasibi ... 224 min 800 manatı kassaya mədaxil etməyərək  mənimsəyib?

İyunun 20-də Baş Prokurorluq rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Bakı şəhərində fəaliyyət göstərən “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətində çatışmazlıqlar aşkar edib:

- Müəyyən edilib ki, 2011-2013-cü illərdə cəmiyyətdə mühasib və baş mühasib vəzifələrində işləyərkən Nazim Zeynalov sığorta xidmətlərindən nağd şəkildə daxil olmuş 224 min 800 manat məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək mənimsəyib və bununla da cəmiyyətə külli miqdarda ziyan vurub.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər