YENİLİK! Fərdi sahibkarların ƏMAS altsisteminə daxil olmaq üçün YENİ VASİTƏ

YENİLİK! Fərdi sahibkarların ƏMAS altsisteminə daxil olmaq üçün YENİ VASİTƏ

Abunə planının tarifi bir aylıq 2.4 AZN, birillik 25 AZN və üçillik 55 AZN müəyyənləşdirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həlli hazırlanaraq istifadəyə verilib.

Artıq fiziki şəxs kimi VÖEN əsasında fəaliyyət göstərən sahibkarlar da SİMA rəqəmsal imzanın təqdim etdiyi innovativ üstünlüklərdən yararlanmaqla xidmət mərkəzlərinə getmək və növbələrdə vaxt itirmək kimi çətinliklərdən azad olacaqlar.

Belə ki, SİMA mobil tətbiqində qeydiyyatdan keçib rəqəmsal imza əldə edən vətəndaşlar daha sonra VÖEN-i daxil etməklə 3 illik ödənişsiz fərdi sahibkar imza sertifikatı əldə edəcəklər.

Fərdi sahibkar imza sertifikatından istifadə etmək üçün aylıq, birillik və üçillik olmaqla uyğun abunə tarifləri seçilə bilər. Abunə planının tarifi bir aylıq 2.4 AZN, birillik 25 AZN və üçillik 55 AZN müəyyənləşdirilib.

SİMA yeni nəsil rəqəmsal imzanın sahibkar həllinin ilk istifadəçiləri güzəşt kampaniyası çərçivəsində elan olunduqdan sonrakı bir ay ərzində “3AYPULSUZ” promokodu ilə qeydiyyatdan keçərək üç aylıq abunə tarifini pulsuz əldə edəcəklər.

SİMA yeni nəsil rəqəmsal imza sahibkarlara limitsiz sənəd imzalama, avtorizasiya və imzalanmış sənədlərin həqiqiliyinin yoxlanılması imkanı verir. 

Bununla da fərdi sahibkarlar banklar vasitəsilə kredit müraciəti, kart hesabının açılması və digər əməliyyatları həyata keçirərkən, sığorta şirkətlərinin istənilən xidmətindən yararlanarkən sənədləri SİMA ilə rahat və çevik şəkildə imzalaya biləcəklər.

Eyni zamanda B2B (business-to-business – biznesdən biznesə) xidməti göstərən sahibkarlar tərəfdaşlarına göndərəcəkləri, yaxud qarşı tərəfdən daxil olan istənilən sənədləri SİMA ilə imzalaya biləcəklər.

B2C (business-to-citizen – biznesdən vətəndaşa) xidməti göstərən fərdi sahibkarlar istehlakçılara göstərilən xidmətlə bağlı təsdiqləyəcəkləri sənədləri SİMA rəqəmsal imza ilə imzalayacaqlar.

Qeyd edilən prosesləri həyata keçirmək üçün fərdi sahibkarlar kommersiya qurumlarından müvafiq sənədi istənilən kommunikasiya alətləri vasitəsilə əldə edib SİMA mobil tətbiqində imzalayaraq eyni üsulla geri göndərə biləcəklər. Eyni proses B2B (biznesdən biznesə) və B2C (biznesdən vətəndaşa) xidmətlərindən yararlanarkən də keçərlidir.

SİMA yeni nəsil rəqəmsal imza fərdi sahibkarlar üçün B2G (business-to-government – biznesdən dövlətə) xidmətləri üzrə də çoxşaxəli imkanlar yaradır. 

Fərdi sahibkarlar “ASAN Login” Vahid Giriş Sisteminə SİMA rəqəmsal imza ilə daxil olaraq aşağıdakı portallara giriş əldə edirlər:

 E-customs portalında:
– İdxal olunan məhsulların bəyan edilməsi;
– Şəxsi hesab e-vərəqəsinə giriş.

 E-gov portalında:
– Dövlət elektron xidmətlərindən istifadə (37 portala giriş).

Əmək Münasibətləri və Məşğulluq altsistemində:
– Əmək bildirişlərinin əlavə edilməsi.

Lisenziyalar və icazələr portalında:
– İcazələr və lisenziyalar üzrə müraciətlərin göndərilməsi.

Hazırda SİMA rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin digər dövlət qurumlarının elektron sistemlərinə və portallarına inteqrasiyası ilə bağlı texniki işlər davam etdirilir.

Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür.

Artıq elektron imza əldə etmək üçün xidmət mərkəzlərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş və fərdi sahibkarlıq fəaliyyəti göstərən hər kəs olduğu yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq. 

Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə və fərdi sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da sadələşməsinə səbəb olacaq.

Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın sima.az rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

 Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Xəbərlər