Vergilər Nazirliyindən sadələşdirilmiş vergi ödəyiciləri üçün xüsusi proqram
Natiq Əmirov: Daha sadələşdirilmiş qaydada vergi ödəyən xırda vergi ödəyicilərində isə qanunvericiliyin pozulması tendensiyasında artım müşahidə olunur
Bu ilin beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə iri əlavə dəyər vergisi (ƏDV) ödəyicilərində qanunvericiliyin pozulması tendensiyası azalıb.
Gün.Az xəbər verir ki, bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib.
“Daha sadələşdirilmiş qaydada vergi ödəyən xırda vergi ödəyicilərində isə qanunvericiliyin pozulması tendensiyasında artım müşahidə olunur”.
Onun sözlərinə görə, bunu nəzərə alaraq müvafiq proqramlar hazırlanıb.
Nazir müavini proqramda məlumatlandırma tədbirlərinin, treninqlerin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
“Hesab edirik ki, bu proqramlar bu sahədə tendensiyanın azalmağa doğru inkişafına kömək edəcək”.
0 Komment
Şərh yazın