Habil Məmmədov büdcəyə cəlb edilən əlavə vəsaitin 3 dəfə artığını bildirdi

Habil Məmmədov büdcəyə cəlb edilən əlavə vəsaitin 3 dəfə artığını bildirdi

Vergilər Nazirliyi Vergi auditi Departamentinin rəisi yoxlamaların effektivliyindən danışdı...

Azərbaycanda vergi ödəyicilərində aparılan yoxlamalar nəticəsində dövlət büdcəsinə ödənilən əlavə vəsaitlərin həcmi son üç ildə 3 dəfə artıb. «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Vergi auditi Departamentinin rəisi Habil Məmmədov bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə büdcəyə cəlb edilən əlavə vəsait 133,6 mln. manat olduğu halda, 2011-ci ildə bu rəqəm 382,1 mln. manata, 2012-ci ilin nəticələrinə görə isə 451,7 mln. manata çatıb.
 
H.Məmmədov qeyd edib ki, bu dövrdə yoxlamaların effektivliyi təqribən 6 dəfə artıb. Belə ki, bir yoxlamaya düşən aşkar olunmuş vəsait 2010-cu ildə 9,8 min manat təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 38,2 min manata, 2012-ci ilin nəticələrinə görə isə 56,5 min manata çatıb.
 
Bununla yanaşı, Vergilər Nazirliyi İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov qeyd edib ki, Azərbaycanda vergilərin könüllü ödənilməsi səviyyəsi artır. Belə ki, əgər 2011-ci ildə könüllü ödənilən hissə ümumi vergi daxilolmalarında 67% təşkil edirdisə, 2012-ci ildə bu göstərici 1,9 faiz bəndi artaraq 68,3%-ə çatıb.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər