DSMF sədri yeni pensiya artımından danışdı

Bu dəfə artıq pensiyaların baza hissəsinin nə qədər artırılacağını bildirdi

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Gəncədə vətəndaşların qəbulu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Fond sədrinin sözlərinə görə fondun mövcud büdcəsi buna imkan verir: “Dövlət Sosial Müdafiə Fondunun büdcəsində müvafiq vəsait nəzərdə tutulub. Hazırda imkanlarımız artıq tam formalaşıb. İyun ayının 1-nə Fondun profisiti təxminən 70 milyon manata yaxın idi, iyun ayında da profisitin artımı davam edəcək. Bu isə o deməkdir ki, iyul-avqust ayları üçün artımın başlanması üçün bizim maliyyə vəsaitlərimiz tam formalaşmış olacaq. Düşünürəm ki, pensiyaların baza hissəsinin 15-20% artımı olacaq".
Azərbaycanda pensiyaların baza hissəsi 85 manat təşkil edir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər