Sahibkarlığın müdafiəsi ilə bağlı qanundan yeni xəbər var...

Sahibkarlığın müdafiəsi ilə bağlı qanundan yeni xəbər var...

Ziyad Zəmədzadə yeni qanunun tətbiqi ilə bağlı açıqlama verdi

Milli Məclis "Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında" qanunu iyun ayının sonuna kimi qəbul edəcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən "Vergi tərəfdaşlığı" üzrə konfransda Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Konfrans Azərbaycanın Vergilər Nazirliyi və Amerika Ticarət Palatası (AmCham) tərəfindən təşkil olunub.
Yeni qanun layihəsinin əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarını yaratmaq, həmçinin bu yoxlamalar zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaqdır. Sənəddə bildirilir ki, bu qanun layihəsinin tələblərinə uyğun olmayan yoxlamalar hüquqi qüvvəyə malik deyil.
Səmədzadə bildirib ki, "qanun layihəsi ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarların işi üçün ən yaxşı şəraitin yaradılmasını nəzərdə tutur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər