Hansı rayonlara qeydiyyata düşmək ASANdır?
1 saylı Bakı "ASAN xidmət " mərkəzində (ünvan: Akademik Həsən Əliyev küç., 36) “pilot” layihə çərçivəsində Azərbaycan Respublikasının istənilən ərazisindən hans rayonlara qeydiyyata düşmək olar
1 saylı Bakı "ASAN xidmət " mərkəzində (ünvan: Akademik Həsən Əliyev küç., 36) “pilot” layihə çərçivəsində Azərbaycan Respublikasının istənilən ərazisindən Nəsimi, Nərimanov və Binəqədi rayonlarına qeydiyyata düşmək üçün xidmət göstərilir. Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər:
1. Ərizə-Anket;
2. dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanları tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış);
3. icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi;
4. yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd;
5. vətəndaşa yaşayış sahəsi verən şəxsinnotarial qaydada təsdiq edilmiş razılıq ərizəsi;
6. vətəndaşın şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi, hərbi bilet və ya təhkim şəhadətnaməsi (vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınarkən hərbi biletini və ya təhkim şəhadətnaməsini təqdim etmək imkanı olmadıqda o, əvvəllər yaşadığı yerin hərbi komissarlığı tərəfindən onun hərbi uçotda dayanıb-dayanmaması faktını təsdiq edən sənədi müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir).
Qeyd:
Əgər əmlakın çıxarışı bankda girovdadırsa, o zaman mülkiyyətçi banka müraciət etməklə bankın verdiyi razılıq ərizəsi (“ASAN xidmət” mərkəzinin adına) əsasında istənilən şəxsin həmin ünvana qeydiyyata düşməsi üçün müraciət edə bilər. Bu zaman mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi tələb edilir.
0 Komment
Şərh yazın