ƏDV-in əvəzləşdirilməsi ilə bağlı praktiki sual

ƏDV-in əvəzləşdirilməsi ilə bağlı praktiki sual

Bizim şirkət qarşı tərəfə, xarab olmuş mallara görə hesab təqdim edəndə, bu əməliyyat ƏDV məqsədləri üçün vergiyə cəlb olunmalıdırmı?

Sual: Bizim şirkət mal alıb, mal alanda ƏDV ödənilib. Mal xarab olduğu üçün, o malı biz sildik və ƏDV-ni də büdcəyə ödədik. Malı satan şirkət xarab olan malın dəyərini bizə geri ödəmək istəyir. Mənim sualım:
1) Bizim şirkət qarşı tərəfə, xarab olmuş mallara görə hesab təqdim edəndə, bu əməliyyat ƏDV məqsədləri üçün vergiyə cəlb olunmalıdırmı?
2) Vergi Məcəlləsinin 13.2.8-ci maddəsini “Mal hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır” bu əməliyyata şamil etmək olarmı?
Elnur Ramazanov,

Cavab: Bildiririk ki, qeyri-maddi aktivlərə intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar aid edilir (Vergi Məcəlləsi, maddə 13.2.9).
Müvafiq olaraq da sorğunuzda qeyd olunan əməliyyat Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinin əhatə dairəsinə daxil edilmir.
Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV məqsədləri üçün vergitutma obyektidir (Vergi Məcəlləsi, maddə 159.1).
Sorğunuzda sözügedən əməliyyat ƏDV məqsədləri üçün vergitutulan əməliyyat hesab olunmasa da həmin əməliyyat aparıldıqdan sonra vergi orqanı tərəfindən kameral qaydada vergi məbləğinin hesablanması istisna olunmur və belə olan təqdirdə müvafiq izahat məktubunun vergi orqanına təqdim olunması tələb oluna bilər.
Mal satan tərəfindən malın dəyərinin qaytarılması artıq əməliyyatın tam ləğv edilməsi sayılır. Bu halda Vergi Məcəlləsinin 163.1.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyə dəqiqləşdirilməli və mal satanla alıcı arasında baş tutmuş əməliyyatın ləğvi zamanı büdcədən əvəzləşdirilmiş ƏDV məbləği büdcəyə bərpası isə Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən deyil, Vergi Məcəlləsinin 163-cü maddəsinə uyğun olaraq aparılmalıdır.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər