"Metirka" almaq üçün hansı sənədlər tələb olunur və rüsüm varmı?
Hansı halda valideyni 10 manat cərimə gözləyir...
Doğumun qeydə alınması Zəruri olan sənədlərin siyahısı:
1. Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
2. Valideynlərin nikah haqqında şəhadətnaməsi;
3. Valideynlərin doğum haqqında şəhadətnaməsi;
4. Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
5. Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
6. Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
7. Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
8. Valideynlərdən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd;
9. Tapılmış uşaqlar haqqında onların tapılması vaxtını, yerini və şəraitini göstərən sənəd (akt, protokol, arayış və uşağın yaşı haqqında tibb müəssisəsindən sənəd);
10. Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
11. Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.
Qeyd: Üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar (xəbərdarlıq edilir və ya 10 (on) manat miqdarında cərimə edilirlər).
Mənbə: ASAN.gov.az
0 Komment
Şərh yazın