ADA-da oxumaq istəyənlər, bu məlumatı mütləq oxuyun...
Azərbaycan Diplomatik Akademiyasından yeni bakalvr proqramı...
Azərbaycan Diplomatik Akademiyası 2013-2014-cü tədris ilindən başlayaraq Dövlət və İctimai Münasibətlər üzrə (Bachelors of Public Affairs) yeni bakalavr proqramı təklif edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, tələbələr siyasət, iqtisadiyyat, idarəçilik, hüquq, etika və kommunikasiya sahələrinə aid dərslər keçəcəklər. Sonda, bu mütəxəssislər ictimai siyasət, layihə və proqramların tətbiqi, dövlət və ictimai sektora aid məsələlərin təhlili, ictimai problemlərə dair məlumatın dəqiq qiymətləndirilməsi, liderlik və natiqlik bacarığı üzrə qabiliyyətlərə yiyələnəcəklər.
Dövlət və İctimai Münasibətlər üzrə bakalavr proqramı çərçivəsində seçilə bilinəcək ixtisaslar Yerli hökumətin inkişafı (Local government management), İqtisadi inkişaf (Economic development), Sosial siyasət (Social policy) və Ətraf mühitin idarə edilməsidir (Environmental management). İlk tədris ilində tələbələr ictimai və humanitar elmlər, incəsənət, mədəniyyət, riyaziyyat və məntiqi duşüncə sahələrinə aid fənlər keçəcəklər. Birinci ilin sonunda tələbələr ixtisas seçimi edib, növbəti üç il ərzində ixtisas fənləri keçəcəklər. Tədris 4 illikdir və ingilis dilində aparılır. İngilis dili bilik səviyyəsi məqbul olmayan tələbələr ADA-da bir il ingilis dili üzrə intensiv dərslər keçəcəklər. Dövlət və İctimai Münasibətlər üzrə bakalavr proqramına qəbul TQDK-nın III ixtisas qrupu üzrə aparılır.
0 Komment
Şərh yazın