Dövlət Gömrük Komitəsinə edilən müraciətlərin 90 faizi nə ilə əlaqəlidir?

Dövlət Gömrük Komitəsinə edilən müraciətlərin 90 faizi nə ilə əlaqəlidir?

Yerdə qalan 10 faiz isə  idxal-ixrac, vergilərin hesablanması ilə bağlıdır

Son illər vətəndaşların Dövlət Gömrük Komitəsinə (DGK) müraciətlərinin 90%-i işə qəbulla bağlıdır. Bunu jurnalistlərə DGK sədri Aydın Əliyev bildirib.

 
Onun sözlərinə görə, işə qəbulla bağlı komitəyə müraciət edənlər üstünlük təşkil edir. Komitə sədri həmçinin idxal-ixrac, vergilərin hesablanması ilə bağlı müraciətlərin də olduğunu qeyd edib: “Vətəndaşlara mövcud qanunvericiliyin tələbləri izah olunur. Gömrük əməkdaşları tərəfindən qanun pozuntuları aşkar olunduğu təqdirdə, daxili nəzarət idarəsini tərəfindən müvafiq tədbirlər görülür”.
 
Qeyd edək ki, bu gün DGK sədri Xaçmazda vətəndaşları qəbul edib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər