Dövlət Neft Fondundan valyuta portfeli ilə bağlı açıqlama

Dövlət Neft Fondundan valyuta portfeli ilə bağlı açıqlama

Siz, bu ölkənin valyutasına investisiya yatırmağı düzgün hesab edirsiniz?

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta portfelinə Çin yuanını daxil etmək məsələsini nəzərdən keçirir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ARDNF-nin rəhbəri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu məsələdə institusional xarakterli müəyyən problemlər var, çünki Çin tərəfinin ARDNF-nin hazırda nəzərdən keçirdiyi investisiya yatırmaq məsələsi üzrə sərt şərtləri var.
Digər valyutalara investisiya yatırmaq imkanları məsələsinə toxunan Mövsümov qeyd edib ki, hazırda bu məsələ gündəlikdə yoxdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər