Daha bir dövlət orqanı sosial ipoteka kreditinin yüngülləşməsindən danışdı
Subayları sevindirəcək bu məlumata, sevinməyə dəyər yoxsa bu da digərləri kimi düşüncələrdə qalacaq?
Sosial ipotekaya ayrılan vəsaitin həcmi artırılacaq. Gün.Az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
“Prezidentin göstərişi ilə gənclərə ayrılan sosial ipotekanın verilməsi məsələsinə yenidən baxılacaq. Eyni zamanda, sosial ipotekanın alınma qaydalarında müəyyən təkmilləşdirmə nəzərdə tutulur” - deyə, o qeyd edib.
İ.Babayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında gənclərin mənzil ipotekası ilə təminatı üçün səsləndirdiyi fikirlərə müvafiq olaraq Gənclər və İdman Nazirliyi və Dövlət İpoteka Fondu tərəfindən bundan əvvəl hazırlanmış sənədə yenidən baxılır.
Nazir müavinin sözlərinə görə, sosial ipotekaya ayrılan vəsaitin miqdarı təsiredici şəkildə artırılması, həmçinin, sosial ipotekanın alnıma qaydalarında müəyyən təkmilləşdirilmə və sadələşdirilmə tətbiq edilməsi nəzərdə tutlur.
“Təkliflər paketində gənc ailə ilə yanaşı olaraq, subay gənclər də nəzərdə tutlur. Amma ki, gənc dedikdə yaş senzi 29-a qədərdir, 35 yaş gənc ailəyə şamil edilən rəqəmdir”, - Babayev deyib.
Qeyd edəki ki, hazırda güzəştli ipoteka kreditləri üçün maksimal məbləğ 50 min manat, maksimal faiz dərəcəsi 4 %, maksimal müddət 30 il təşkil edir. İlkin ödəniş isə 15 %-dir.
İpoteka kreditləri üzrə güzəştlərdən gənc ailənin üzvü olan- şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları),məcburi köçkün və ya ona bərabər tutulan şəxs, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan, idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları istifadə etmək hüququna malikdir.
Həmçinin üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları yaralana bilirlər.
Bildirək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.
İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.
0 Komment
Şərh yazın