Bakı şəhər İcra Hakimiyyəti Hansı küçələrdəki binaları və evləri sökəciyini açıqladı
Hacıbala Abutalıbovun sözlərinə görə, qısa müddətdə Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək
Bakıda yeni söküntülərə başlanması barədə açıqlama verilib. İlk mərhələdə Hüseyn Cavid prospekti ilə Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə açıqlama verən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
Daha sonra Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxınlığındakı əraziyə qədər olan binalar, həmçinin “Kubinka” adlanan ərazidəki evlər də söküləcək. Abutalıbovun sözlərinə görə, qısa müddətdə Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.
0 Komment
Şərh yazın