"ASAN" xidmətdə ƏLAVƏ ÖDƏNİŞ məsələsi tətbiq olundu...

"ASAN" xidmətdə ƏLAVƏ ÖDƏNİŞ məsələsi tətbiq olundu...

Hansı formada aparılan xidmətlər zamanı əlavə ödənişlər tələb olunacaq...

Azərbaycanda artıq «ASAN xidmət»i sifariş etmək mümkün olacaq. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin («ASAN xidmət») sədri İnam Kərimov Sumqayıtda yeni yaradılan «ASAN xidmət» mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu məqsədlə 5 minik avtomobili alınıb və bu avtomobillər xüsusi cihazlarla təchiz olunacaq: «Vətəndaşlar artıq «ASAN xidmət»i sifariş də edə biləcəklər. Lakin bu formada xidmət üçün əlavə ödəniş tələb olunacaq. Adi rejimdə xidmət göstərilən zaman isə heç bir əlavə haqq tələb olunmayacaq».

İ.Kərimov bildirib ki, bu ilkin layihədir, gələcəkdə həmin avtomobillərin sayının artırılması nəzərdə tutulur: «Bundan başqa xüsusi motosikletlər də alınıb. Onlar əsasən artıq hazır sənədləri vətəndaşlara çatdırmaqla məşğul olacaqlar. Bundan əlavə, «ASAN xidmət» mərkəzlərinin olmadığı bölgələrdə, kəndlərdə vətəndaşlara yerindəcə səyyar xidmət göstərilməsi üçün 2 avtobus gətirilib. Həmin avtobuslar xüsusi lazımi cihazlarla təchiz edilib».

Agentliyin sədri bildirib ki, dövlət başçısının göstərişi ilə çox yaxın zamanda Azərbaycanın bütün bölgələrində yaşayan vətəndaşlar «ASAN xidmət» mərkəzlərinin xidmətindən faydalana biləcəklər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər