Vergilər Naziri elektron audit proqramının yekunlaşacağı vaxtı açıqladı
Vergi məsələlərinə dair hansı qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq?
Transfer qiymətlərinin təsdiqi ilə bağlı qanun layihəsi bu günlərdə hökumətə təqdim olunacaq.
Gün.Az xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov deyib.
O bildirib ki, qanun layihəsi artıq Nazirlər Kabinetinə təqdim olunmaq üçün hazırdır.
“Vergi bazasının genişləndirilməsi istiqamətində vergi dərəcələrinin aşağı salınması, elektron xidmətlərin tətbiqi, nağdsız hesablamaların stimullaşdırılması kimi işlər görülür ki, bunlar indi də, yaxın gələcəkdə də öz effektini verəcək” – deyə, F.Məmmədov vurğulayıb.
Nazir həmçinin, Avropa Birliyinin qrantı hesabına həyata keçirilən Elektron Audit proqramının bu ilin sonuna yekunlaşacağını, amma bunun hələ elektron auditin tam təkmil forması olmadığını və bu proqramın davamının olacağını deyib.
0 Komment
Şərh yazın