Sığortası olan avtomobil sahibi qəzada vəfat edərsə...

Sığortası olan avtomobil sahibi qəzada vəfat edərsə...

Milli Məclisdə bu halda sığorta haqqının ödənilməsini müzakirə edir

Azərbaycanda sığortası olan avtomobil sahibləri törətdiyi qəza nəticəsində ölən şəxsin ailəsinə kompensasiyanı sığorta şirkəti ödəyəcək.
Gün.Az xəbər verir ki, bu məsələ “İcbari sığorta haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdə nəzərdə tutulub və bu ilin iyun ayının 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin mayın 2-də keçirilən iclasında “İcbari sığorta haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə olunub.
Qanunun 58.2 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən sığorta hadisəsi hesab edilə bilən  yol-nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin nəqliyyat vasitəsinin sahibinin mülki məsulıyyətini sığortalanmış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq  şəhadətnamənin surətini aldığı tarixdən iki iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20% həcmində kompensasiya ödəyir.
Həmçinin, sığorta hadisəsinin baş verməsində avtonəqliyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu qanunda müəyyən edilmiş qaydada ödənilir.
Bu fakt müəyyən edilmədiyi halda isə piyadanın vurulması halı istisna olmaqla, ödənilmiş kompensasiya həcmində zərərvurana  və ya onun mülki məsuliyətini söğortalamış sığrtaçıya qarçı subroqasiya hüququ yaranır.
Qanun layihəsi komitədə müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər