Vergilər Nazirindən vergi ödəyicilərini sevindirən XƏBƏR
Fazil Məmmədov hansı sahələrdə vergi dərəcələrinin aşağı salınması, hətta əlavə dəyər vergisinin (ƏDV) ləğvi nəzərdə tutulduğunu bildirdi?
Nağdsız ödənişlər aparılan obyektlərdə vergi dərəcələrinin aşağı salınması, hətta bəzi sahələrdə əlavə dəyər vergisinin (ƏDV) ləğvi nəzərdə tutulub.
Gün.Az xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Nazirin bu barədə nağdsız hesablaşmaların stimullaşdırılması üçün nazirliyin Prezident Aparatına təqdim etdiyi layihədə əksini tapdığını bildirib.
“Həmin layihədə nağdlı ödənişlərlə bağlı bəzi məhdudiyyətlər və cərimələr də nəzərdə tutulub. 90 faiz isə nağdsız ödənişlərin stimullaşdırılması üzrə tədbirlərə üçündür” – deyə, nazir vurğulayıb.
Hazırda bu məsələ ilə bağlı Prezident Aparatında müvafiq orqanlarla birgə dəyərləndirmələrin aparıldığını deyən Fazil Məmmədov, layihə hazır olduqdan sonra Prezidentin Milli Məclisə təqdim edəcəyini sözlərinə əlavə edib.
0 Komment
Şərh yazın