Vergi Məcəlləsi ilə qeyd edilən maddi yardım ilə bağlı vacib məqamlar.
Bu məsələdə nələrə diqqət verilməlidir?
Maddi yardım məsələsində də diqqətli olmaq lazımdır. Belə ki, birinci növbədə maddi yardımı alan şəxsin buna ehtiyacı olmalıdır. İstənilən işçi təşkilat rəhbərliyinə müraciət etməklə maddi yardım ala bilməz.
Tutaq ki, işçi ödənişli təhsil müəssisəsində oxuyur və təhsil haqqını ödəməyə maddi imkanı çatmır. Bu zaman işçi tələbə biletinin surətini və yaxud da təhsil müəssisəsində oxuması haqqında arayışı, illik təhsil haqqının ödənilməsi barədə hesab-fakturanı (təhsil müəssisəsinin təqdim etdiyi) və ailə vəziyyətinin yaxşı olmaması haqqında
digər sənədləri təqdim etməklə iş yerindən təhsil haqqını ödəmək üçün maddi yardım ala bilər. Təbii ki, ilk növbədə təşkilatın buna razılığı lazımdır. Analoji hal müalicə haqlarının ödənişi üçün maddi yardımın verilməsi zamanı da tətbiq olunur.
0 Komment
Şərh yazın