Vergi Məcəlləsinin 102.1.2-ci maddəsinin izahı

Vergi Məcəlləsinin 102.1.2-ci maddəsinin izahı

Hansı halda xarici hüquqi şəxs işçilərə görə əməkhaqqından gəlir vergisi ödəmir?
Vergi Məcəlləsinin  102.1.2. –ci maddəsi


Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir — əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işəgötürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından,
yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə;


Məcəllənin 102-ci maddəsində yazılanları misallarla nəzərdən keçirək. Tutaq ki, xarici hüquqi şəxs Azərbaycan Respublikasının hüquqi şəxsi ilə 2 ay müddətində Azərbaycanda tikinti işlərini yerinə yetirməsilə bağlı müqavilə bağlayıb. Müqavilədə nəzərdə tutulur ki,
2 ay müddətində xarici hüquqi şəxs Azərbaycanda işçilərini çalışdıracaq və onlara əməkhaqqı ödəyəcək. Bu zaman həmin işçilərin aldığı əməkhaqqı gəlir vergisindən azaddır. Və yaxud xarici hüquqi şəxs məktubla müqavilə bağladığı yerli hüquqi şəxsə müraciət edir
ki, onun işçilərinə ya cədvəl əsasında müəyyən məbləğdə əməkhaqqı ödəsin, ya da əməkhaqqılarını kartlarına köçürsün. Bu zaman yerli şirkətin xarici işçilərin kartlarına köçürdüyü və ya onlara cədvəl formasında ödədiyi əməkhaqqı gəlir vergisinə cəlb olunmur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər