6 aylıq sosial stajı olmayan işçiyə sosial məzuniyyət hesablanmır?
Bu məsələdə diqqət yetiriləsi məqam nədir?
Birinci və sonrakı iş yerində olmasına baxmayaraq, ümümilikdə 6 ay sosial stajı olmayan işçi bir iş yerində 6 ay işləməyibsə və əmək qabiliyyətini itiribsə və ya hamiləliyə görə məzuniyyətə çıxıbsa, onda həmin işçiyə heç bir müavinət hesablanmır.
Burada diqqətli olmaq lazımdır, söhbət işçinin bir iş yerində 6 ay sosial sığorta stajının olmamasından deyil, ümumilikdə 6 aylıq sosial sığorta stajının yoxluğundan gedir. Buradan belə bir sual meydana çıxır ki, işçiyə ödəniş edilmirsə, onda onu məzuniyyətə buraxmaq olarmı? Bir iş yerində 6 aydan az çalışan işçi əmək qabiliyyətini itiribsə, xə-
stələnibsə, hamiləliyə və doğuma görə xəstəlik vərəqəsini gətribsə, o, işəgötü-
rən tərəfindən məzuniy yətlə təmin olunmalıdır. Lakin həmin dövr üçün işçiyə
əməkhaqqı hesablanmamalıdır.
0 Komment
Şərh yazın