Qanunvericiliklə məcburi dövlət sosial sığorta ödəmələrinin hansı növləri var?
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə ilə necə tənzimlənir?
Kitabın əmək məzuniyyətilə bağlı fəslində sosial məzuniyyətlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, sosial məzuniyyətin bir növü də doğum və hamiləliyə görə verilən məzuniyyətdir. Bu məsələlər Nazirlər Kabinetinin «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamə»nin təsdiq edilməsi barədə sentyabr 1998-ci il tarixli, 189 saylı qərarı ilə tənzimlənir.
Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi zamanı verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir:
• Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları;
• Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən edilmiş dövr üçün);
• Hamiləliyə və doğuma görə müavinət;
• Uşağın anadan olmasına görə birdəfəlik müavinət;
• Qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;
• Dəfn üçün müavinət;
• Sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi;
0 Komment
Şərh yazın