Sentyabr ayının məzuniyyət pulu avqust ayında ödənilirsə...

Sentyabr ayının məzuniyyət pulu avqust ayında ödənilirsə...

Bu zaman məzuniyyət haqqından hesablanan gəlir vergisi hansı ayın əmək haqqında nəzərə alınacaq?

Sual: Salam, Sualım əmək haqqından vergitutma ilə bağlıdır. Misal üçün sentyabr ayının məzuniyyət pulu avqust ayında ödənilirsə, həmin ödənişlə bağlı vergi xərcləri və vergisi avqust ayında tanınır və ya hansı ay ilə bağlıdırsa? Sualın məqsədi ondan ibarətdir ki, sentyabr ayının məzuniyyət pulu avqust ayının maaşı kimi tanınırsa, bu halda işçidən daha çox vergi tutulur. Bu nə qədər düzgündür ki, gələn ayın məzuniyyət pulu mövcud ayın əmək haqqısı kimi tanınsın və işçidən daha çox vergi tutulsun?
Fuad İbadov

Cavab: Bildiririk ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Eyni zamanda, həmin Məcəllənin 140-cı maddəsinin 1-ci bəndinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyət in verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Müvafiq olaraq, son haqq-hesab zamanı əldə olunan gəlir də Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən aylıq cədvəldəki dərəcələrlə gəlir vergisinə cəlb olunur.
Odur ki, Əmək Məcəlləsinin və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq işçiyə keçmiş iş illərində istifadə edilməmiş əmək məzuniyyətinə görə ödənilən kompensasiya gəlir vergisinə cəlb olunmalı, bu zaman kompensasiya ödənildikdə gəlir vergisi hər il üçün hesablanan məbləğdən ayrı-ayrılıqda, işçi ilə son haqq-hesab aparılarkən tam olmayan sonuncu iş ilinin məzuniyyət haqqından isə, onun verildiyi ayın əmək haqqı ilə birlikdə gəlirin ümumi məbləğindən Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən aylıq cədvəldəki gəlir vergisi dərəcələri ilə gəlir vergisi işəgötürən (vergi agenti) tərəfindən hesablanaraq ödəmə mənbəyində tutulmaqla dövlət büdcəsinə ödənilir.
Göründüyü kimi, məzuniyyətə çıxan işçiyə işlənmiş dövr üçün əmək haqqı vəməzuniyyət vaxtı üçün orta əmək haqqı ödənilərkən həmin vəsait gəlir vergisinə aylar üzrə cəlb olunmalıdır. Yəni, sorğunuza əsasən avqust ayının alınan əmək haqqı + avqust ayına düşən məzuniyyət vaxtı üçün orta əmək haqqından, sentyabr ayına düşən məzuniyyət vaxtı üçün orta əmək haqqından + sentyabr ayına görə alınan əmək haqqından gəlir vergisi ayrı-ayrılıqda tutulmalıdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər