Əmanət qoymaq istəyənlər, bu məsələyə DİQQƏT
Ermənistanda isə cəmi 5 min dollar hansl məbləği ölkəmizdə 50 000 manat etmək istəyirlər?
Azərbaycanda sığortalanan bank əmanətlərinin maksimal məbləği hazırda olan 30 min manatdan 50 min manata qədər artırıla bilər.
Gün.Az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.
“Biz hər zaman qeyd etmişik ki, bir bankda bir əmanətçi 30 min manat qoya bilər. Azərbaycanda 42 bank var və hər birinə 30 min manat qoymaqla 1 milyon 260 min manat vəsait yerləşdirmək olar. O insanların heç bir şeydən narahat olmağa ehtiyac yoxdur”.
O həmçinin qeyd edib ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir və əmanətlərin də müəyyən dövr keçdikdən sonra limitin artırılması gündəmə gələ bilər.
Fondun icraçı direktoru həmçinin əlavə edib ki, hazırda MDB dövlətləri arasında ən yüksək məbləğ Azərbaycandadır:
Qazaxıstanda sığortalanan bank əmanətlərinin məbləği 32 min dollar, Rusiya 22 min dollar, Türkiyə 24 min dollar, Ermənistanda isə cəmi 5 min dollardır
0 Komment
Şərh yazın