ABB-in İdarə Heyətinin sədri problem kreditlərdən danışdı
Cahangir Hacıyev: " Artıq bölüşdürülməmiş mənfəət 53 mln. manatdır"
Problemli kreditlərin banklara təsiri onların həcmindən asılıdır. Sözsüz ki, bu xırda bankların iflasına gətirə bilər. Amma təbii ki, bunun qarşısını alınmalıdır.
Gün.Az-ın verdiyi xəbərə görə, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev belə deyib.
Bankın özəlləşdirmə məsələsindən danışan C.Hacıyev bu işdə tələsikliyə yol verilməməli olduğunu deyib.
“Özəlləşdirmədə tələsmək olmaz. Bunu yalnız özəlləşdirmə xatirinə etmək olmaz. Beynəlxalq bankın özəlləşdirilməsi 4 hissədən ibarətdir ki, hazırda birinci hissənin təhlili gedir. Bu təhlil bitəndən sonra sonrakı mərhələlər gələcək”.
O, bildirib ki, bank kapitalını hər il artırır. Bank səhmdarlarına divident ödəyə bilər.
“Gələn həftə Müşahidə Şurasının toplantısı olacaq. Artıq bölüşdürülməmiş mənfəət 53 mln. manatdır. Səhmdarların Müşahidə Şurasının qarşısında bu mənfəətin bölüşdürülməsi məsələsi qoyulub. Təklifimiz ondan ibarətdir ki, ən azı 15 mln. dividentlərin verilməsinə yönəldilsin”
0 Komment
Şərh yazın