İpoteka krediti almaq istəyənlər üçün LAZIMLI XƏBƏR
Prezident Administrasiyasının (PA) iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimovdən ipoteka ilə ev almaq istəyənlər üçün açıqlama
Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsinin təsdiqləməsinə baxmayaraq, İpoteka Fonduna bu il büdcədən əlavə vəsait ayrıla bilər.
«APA-Economics»in məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov bildirib.
Onun sözlərinə görə, ehtiyac olarsa dövlət büdcəsinin və ya Prezidentin Ehtiyat Fondundan Azərbaycan İpoteka Fondu üçün müəyyən məbləğdə əlavə vəsait ayrıla bilər: «Bunun üçün büdcənin yenidən baxılmasına ehtiyac yoxdur».
Ayrılması mümkün olan vəsaitin konkret məbləğinə gəldikdə isə, M.Rəhimov qeyd edib ki, bu, hesablamalardan və təkliflərdən sonra müəyyən oluna bilər.
0 Komment
Şərh yazın