Vergi orqanlarında işə qəbulla bağlı keçirilən test imtahanından 88 bal toplayan namizədin müsahibə ilə ilə bağlı maraqlı açıqlaması
Mehman Eyyubov:“Namizədin hazırlığı və fikirlərini necə çatdırması müsahibənin ən əsas məqamlarındadır”
Vergi işi ilə maraqlananlar üçün ötən ayın ən yaddaqalan hadisəsi Vergilər Nazirliyinin dövlət vergi orqanlarına işə qəbul məqsədilə keçirdiyi müsahibənin nəticələrini və işə qəbul olunanları elan etməsidir. Bu yazımızda müsahibə mərhələsi haqqında oxuculara geniş məlumat verməyə çalışacağıq. Bu işdə bizə və oxucularımıza vergi orqanlarına işə qəbul olunmuş Mehman Eyyubov yardımçı olub.
İkinci keçmiş namizəd Mehman Eyyubov isə test imtahanından 88 bal toplayıb, müsahibədən isə 4 alıb.
Qeyd edək ki, Mehman Eyyubov artiq vergi orqanlarında işinə təyinat alıb. Təqdimat məsələsinə gəlincə, Mehman bəyin bildirdiiynə görə, onun təqdimatı daha aktual məsələ üzərində qurulub: “Nəğdsiz hesablaşmalar mövzusunda təqdimat hazırlamışdım. Təqdimatım komissiyya üzvləri tərəfindən çox maraqla qarşılandı və bu mövzuda xeyli suallar verildi. Təqdimatın sonunda bu hesablaşmalar barədə təkliflər də hazırlamışdım. Təkliflərdə qeyd eləmişdim ki, nəğdsiz hesablaşamaların artırılması üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Məsələn, plastik kartlardan istifadə zamanı bonusların verilməsi. Bundan əlavə, bu sahədə maarifləndirici tədbirlərin keçirilməsini gücləndirməklə bağlı təklifim vardı. Təkliflərimdən biri də nəğd ödənişlərə müəyyən limitləri qoyulması və vergi ödəyiciləri bu hədləri keçdikdə onlara maliyyə sanksiyalarının tətbiq olunması idi. Təbii ki, hüquqi və fiziki şəxslər üçün maliyyə sanksiyyasının tətbiq olunma dərəcəsi də fərqli olmalıdır”.
Təqdimat zamanı namizədin xarakteri ilə bağlı sualların olmadığını bildirən Mehman bəyin fikrincə, əsas məsələ təqdimatın necə hazırlanmasıdır: “Namizədin təqdimata hazırlaşması və komissiya üzvlərinə fikirlərini necə çatdırması müsahibənin ən əsas məqamlarındadır”.
Mənbə: “MK” jurnalının 43-cü sayından seçmə
0 Komment
Şərh yazın