“Vergi orqanına işə qəbulla bağlı müsahibə zamanı təkcə bilikli olmaq kifayət etmir”

“Vergi orqanına işə qəbulla bağlı müsahibə zamanı təkcə bilikli olmaq kifayət etmir”

Rəşad Babayev: “Namizəd imtahan otağına daxil olduqdan çıxanadək müşahidə olunur”

Vergi işi ilə maraqlananlar üçün ötən ayın ən yaddaqalan hadisəsi Vergilər Nazirliyinin dövlət vergi orqanlarına işə qəbul məqsədilə keçirdiyi müsahibənin nəticələrini  və işə qəbul olunanları elan etməsidir. Bu yazımızda müsahibə mərhələsi haqqında oxuculara geniş məlumat verməyə çalışacağıq. Bu işdə bizə və oxucularımıza vergi orqanlarına  işə qəbul olunmuş Rəşad Babayev yardımçı olub.
Müsahibə mərhələsində təqimatın hazırlanması ilə bağlı daha konkret məlumat almaq üçün keçmiş namizədləri söhbətə qoşuruq.

Rəşad Babayev test imtahanlarından 73 bal toplayıb,  müsabihədən isə 3 bal alıb. Onun bildirdiyinə görə təqdimatı qiymətlı kağızlarla bağlı olub: “11 slayddan ibarət təqdimatda məzmun haqqında məlumatlar yox, başlıqlar yerləşdirmişdim. Təbii ki, başlıqlar əsasında  daha geniş məlumat verməyə çalışırdım.  Komissiya üzvləri vergilər nazirinin müavini Sahir Məmmədxanov, nazirliyin kadrlar idarəsinin rəisi Faiq Şahbazov, hüquq idarəsindən bir nümayəndə və şöbə müdirləri idilər.  Təqdimatdan sonra komissiya üzvləri mənə suallar verdilər. Misal üçün, suallardan biri qiymətli kağızların dövlət büdcəsində rolu haqqında idi”.  Müsahibədə xarakteri müəyyən edə biləcək suallar gəlincə, keçmiş namizəd bildirdi ki, qeyd edilən cəhətə də diqqət yetirilirdi: “Namizəd imtahan otağına daxil olduqdan çıxanadək müşahidə olunur. Buraya özünü necə aparmaq, danışıq və ünsiyyət qurmaq qabiliyyətləri aiddir.  Öncə tərcümeyi-halım haqqında məlumat veridim. Fikrimcə, müsahibə üçün təkcə bilikli olmaq kifayət etmir.”
Mənbə: “MK” jurnalının 43-cü sayından seçmə

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər