Şəxsiyyət vəsiqəsi ilə bağlı yaşla əlaqədar hansı dəyişiklik edildi?
Milli Məclis “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunlara dəyişikliklər edib
Aprelin 19-da Milli Məclisdə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunlara dəyişikliklər edib. “Media forum” saytı xəbər verir ki, yeniliyə görə, şəxsiyyət vəsiqəsini 16 yaşdan sonra yox, 15 yaşdan sonra almaq mümkün olacaq.
Dəyişikliklərə əsasən, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda isə 2 iş günü müddətində veriləcək. 15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
“Dövlət rüsumu haqqında” qanunla nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq 5 və ya 1 iş günü müddətində verilir.
0 Komment
Şərh yazın