Dövləti qulluqçuları olanlar və olmaq istəyənlər üçün ƏLA XƏBƏR
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovdan açıqlama
«Dövlət qulluqçularının əməyinin qiymətləndirilməsi qaydalar»ının son variantı hazırlanıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib.
Xəlilov qeyd edib ki, komissiya tərəfindən «Dövlət qulluqçularının əməyinin qiymətləndirilməsi qaydalar»ının son variantı hazırlanıb və o, bu yaxınlarda təsdiq olunacaq.
«Yaxın günlərdə qaydalar təsdiq olunacaq. Ölkə prezidenti tərəfindən komissiyaya verilən tapşırığa əsasən, dövlət qulluqçularının xidməti fəaliyyətinin nəticələri ilə əmək haqları uyğunlaşdırılacaq. Kim daha yaxşı çalışırsa, həmin dövlət qulluqçusunun məvacibi daha yüksək olacaq. Bunların hamısını bir normativ aktda nəzərdə tutmaq çox çətin məsələdir. Hazırda bu istiqamətdə işlər aparılır», komissiya sədri bildirib.
0 Komment
Şərh yazın