"Pizza İnn"in fəaliyyəti ilə bağlı diqqətçəkən məqamlar

"Pizza İnn"in fəaliyyəti ilə bağlı diqqətçəkən məqamlar

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri Bakının Fəvvarələr meydanında “Pizza İnn” adı ilə fəaliyyət göstərən müəssisəyə etdiyin reydin nəticələrini açıqlayıb

Fiziki şəxs Natiq Qədirova məxsus “Pizza İnn” adı ilə fəaliyyət göstərən müəssisədə biskvitli-kremli tort və pirojnaların istehsalı və satışı qadağan edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri Bakının Fəvvarələr meydanında “Pizza İnn” adı ilə fəaliyyət göstərən müəssisəyə reyd edib. “Media forum” saytına verilən rəsmi məlumat görə, müəssisədə yararlılıq müddəti bitmiş 4 ədəd Türkiyə istehsalı olan 350 qramlıq “Pinar” nişanlı “manqal sucuk” və 2 kiloqram xarab olmuş mal əti aşkarlanıb. Dərhal akt tərtib edilib və məhsulların istifadəsinə qadağa qoyulub.


Həmçinin müəyyən olunub ki, müəssisədə istehsal olunan biskvitli-kremli tort və pirojnaların gigiyenik və uyğunluq sertifikatları yoxdur, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd istehsal olunur: “Müəssisədə məhsulların saxlanma şəraitinə nəzarət olunmadığı da aşkarlanıb. Məhsulların saxlanma rejimləri müxtəlif olsa da, onlar eyni şəraitdə saxlanılır, soyuducu kamerada məhsulların saxlanması zamanı mal qonşuluğu gözlənilmir, ət, balıq, ət qiyməsi ilə yanaşı pendir, tortlar, tortlar üçün kremlər saxlanılır. Bişirilmiş və çalınmış qaymaqla hazırlanan kremlər və bu kremlərlə hazırlanan biskvitli-kremli tort və pirojnaların normativ sənədlər üzrə saxlanma müddəti cəmi 6 saat olduğu halda bu məhsulların daha artıq müddətdə saxlanıldığı aşkarlanıb.

Aşkarlanmış nöqsanlarla əlaqədar fiziki şəxs Natiq Qədirova pozuntuların 12 may tarixinə kimi aradan qaldırılması barədə iradnamə, müəssisədə biskvitli-kremli tort və pirojnaların istehsalı və satışının qadağan edilməsi barədə tələbnamə verilib”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər