Yeni hesablar planında Sair əməliyyat gəlirləri necə uçota alınır?

Yeni hesablar planında Sair əməliyyat gəlirləri necə uçota alınır?

Sair əməliyyatları gəlirlərinə hansı gəlirləri aid edilir?

Yeni hesablar planında “Sair əməliyyat gəlirləri” adlı 61-ci maddə nəzərdə tutulub. Bu maddədə nəzərdə tutulan hesablara və yeni milli standartlarda sair gəlirlər haqqında yazılanlara nəzər salaq.
61. Sair əməliyyat gəlirləri
611. Sair əməliyyat gəlirləri
611-1. Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər
611-2. Yenidən qiymətləndirilmədən gəlirlər
611-3. Əvəzsiz olaraq alınmış aktivlər
611-4. Cərimələr və digər oxşar ödənişlər
611-5. Keçmiş illər üzrə gəlirlər
611-6. Ümidsiz borcların bərpası
611-7. Silinmiş ehtiyatların bərpası
611-8. Məzənnə fərqləri üzrə gəlirlər
61-ci bölmədə sair əməliyyat gəlirləri əks etdirilir və bu gəlirlər “Sair əməliyyat gəlirləri” adlı 611 nömrəli hesabda təqdim olunur.

Burada, müəssisənin adi fəaliyyətlərindən əldə olunan, lakin “Əsas əməliyyat gəliri” kimi təsnifləşməyən və ya müəssisənin adi fəaliyyətində mütəmadi yaranmayan gəlirlər əks olunur.
Sair əməliyyat gəlirlərinə uzunmüddətli aktivlərin satışı, onların yenidən qiymətləndirməsi üzrə artırılmış məbləğlər, əvəzsiz olaraq alınmış aktivlər, cərimələr, əvvəlki illərin gəliri, silinmiş ümidsiz borcların və silinmiş material ehtiyatların bərpa olunması üzrə məbləğlər, habelə əldə olunmuş bunlara oxşar digər ödənişlər aiddir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər