İllik vergi bəyannamələrin təqdimi ilə bağlı statistika açıqladı
Nə qədər vergi ödəyici vergi bəyannaməsini vaxtında verməyib?
Vergilər Nazirliyinin analitik informasiya şöbəsinin verdiyi məlumata əsasən, Vergi Məcəlləsinə əsasən hər ilin yanvar-mart ayları ayrı-ayrı tədiyyələr üzrə bəyannamə və hesabatların vergi orqanlarına təqdim edilən dövrü hesab olunur. Vergi bəyannamələrinin vaxtında təqdim edilməsi ilə yanaşı, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin də 01.01.2013-ci il tarixdən qüvvəyə mindiyini nəzərə alaraq, cari ilin əvvəlindən etibarən vergi orqanları tərəfindən geniş məlumatlandırma və izahat işləri aparılmış, vergi ödəyiciləri ilə görüşlər keçirilmişdir.
Cari ilin yanvar-mart aylarında ümumilikdə vergi orqanları üzrə vergi ödəyiciləri ilə 264 görüş və treninq keçirilmiş, 2 min 759 vergi ödəyicisinə ünvanlı xidmət göstərilmiş, vergi orqanlarında 23 min 224, xidmət mərkəzlərində 29 min 34 vergi ödəyicisi qəbul edilərək onlara aidiyyəti xidmətlər göstərilmişdir.
2012-ci ilin yekunlarına görə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan illik vergi bəyannamələrinin 96,2%-i, mənfəət vergisi bəyannamələrinin 95,1%-i, gəlir vergisi bəyannamələrinin 97,8%-i, yol vergisi bəyannamələrinin 94,3%-i, əmlak vergisi bəyannamələrinin 90,3 %-i vaxtında təqdim edilmişdir.
Hesabat dövrünün yekunları üzrə yanvar-mart aylarında təqdim edilməli olan 312 min 91 bəyannamənin 96,8%-i vaxtında təqdim edilmiş, onlardan 94,3%-i elektron formada olmuşdur.
0 Komment
Şərh yazın