İşçi işdən çıxmaqla bağlı 1 ay öncədən ərizə müraciət etsə...
İşəgötürən onu işdən çıxartmaya bilər?
Əmək müqaviləsinin işçi tərəfindən ləğv olunmasının ən maraqlı halı işçinin 1 ay əvvəlcədən ərizə ilə işəgötürənə müraciət etməsidir. Bu zaman bir ay ərzində işəgötürən tərəfindən bütün tədbirlər görülməlidir ki, ayın sonunda işçi ilə tam olaraq, necə deyərlər, üzülüşsün.
Əgər ərizə daxil olduqdan 1 ay sonra işəgötürən işçini müvafiq əmr ilə işdən azad etməsə, artıq işəgötürənin hərəkətləri qeyri-qanuni hesab edilir (Təbii ki, işçi haqqında hər hansı bir cinayət işi açılmayıbsa, cinayət araşdırması aparılmırsa, məhkəmə işi getmirsə). Bu müddətdən sonra işəgötürən işçini
əmrlə işdən azad etməsə, işçi nəzarət orqanı olan DƏM-ə müraciət edə və qurumun vəzifəli şəxsləri həmin təşkilat haqqında ölçü götürə bilər. İşçinin DƏM-lə yanaşı məhkəməyə də müraciət etmək hüququ var.
0 Komment
Şərh yazın