Nəqliyyat vasitələri üzrə ayrıca maksimal sürətlər necə tənzimlənir?
Hansı halda yük avtomobilləri bütün tip yollarda saatda 50 kilometrdən çox olmayan sürətlə gedə bilməz?
“Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinə əsasən, nəqliyyat vasitələri üzrə maksimal sürətlər aşağıdakı kimi tənzimlənir.
II. Nəqliyyat vasitələri:
1) yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə);
2) minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda - saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 90 kilometrdən çox olmayan sürətlə;
3) şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə;
4) digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda:avtomagistrallarda - saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 70 kilometrdən çox olmayan sürətlə;
5) banında adamlar daşıyan yük avtomobilləri - saatda 50 kilometrdən çox olmayan sürətlə;
6) yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri - saatda 50 kilometrdən çox olmayan sürətlə;
7) təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri - daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər.
0 Komment
Şərh yazın