İşçinin ixtisarı zamanı işəgötürən hansı tələbi mütləq gözləməlidir?
"Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə
Əvvəlki fəsillərdə əmək müqaviləsinə xitam verilməsini misallarla nəzərdən keçirmişdik. Əmək müqaviləsinə xitam verilməsi hallarından biri də işçilərin və ştatların ixtisarıdır. İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi şəkildə xəbərdar etməlidir.
İşəgötürən hansı işçiləri və ştatları ixtisar edəcəyini müəyyənləşdirdikdən sonra 2 ay əvvəl işçiyə bu barədə məlumat verməlidir. Xəbərdarlığın əmr formasında olması daha məqsədəuyğundur və hər iki halda işçilər əmrlə tanış olmalıdırlar. Əmrdə iki ay ərzində əməkhaqqı saxlanılmaqla işçiyə iş axtarmağa imkan yaradılması
məqsədilə həftənin hansı günü əmək funksiyalarından azad olması göstərilməlidir. Həmin gün işçi özünə iş axtarmağa gedə bilər.
0 Komment
Şərh yazın