İş yerlərinin attestasiyasının nəticəsində nəyi etmək yolverilməzdir?
“Əmək Münasibətləri: A-dan Z-yə” kitabından seçmə
İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində işçilərin kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. Bunu necə başa düşmək olar?
Tutaq ki, iş yerlərinin attestasiyası keçirildikdən sonra aşkar edilib ki, müəyyən iş yerləri əməyin mühafizəsi tədbirlərilə yaxşı təmin olunmayıb və yaxud istehsal sanitariyasının, gigiyenasının vəziyyəti qəanətbəxş deyil. Bu zaman işəgötürən çatışmazlıqlara görə iş yerlərini ixtisar edə bilməz. Təbii ki, iş yerlərinin ixtisarı işçilərin ixtisarı deməkdir. Əgər attestasiya nəticəsində bəzi iş yerlərinin artıqlığı, bu iş yerlərində istehsalın təmin olunması üçün ehtiyacın
olmaması təsdiqlənsə, onda həmin iş yerlərini ixtisar etmək mümkündür.
0 Komment
Şərh yazın