Vergi orqanın əməkdaşları “Filiz”in mebelini siyahıya aldı
Ərzaq mağazasının isə ödənilməsi vergiyə görə nə qədər məbləğdə ərzaq məhsulundan mərhum oldu?
2013-cü il aprel ayının 2-də Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi ev 133 ünvanında yerləşən, fiziki şəxs Axundov Kazım Böyükağa oğluna məxsus ərzaq mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirmişlər.
Fiziki şəxsin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 8 min 162,8 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilmiş, 2013-cü ilin yanvar ayının 31-də yaranmış vergi borcu ilə əlaqədar ona bildiriş göndərilmiş, lakin borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən K.Axundovun bank hesabına Sərəncam qoyulmuşdur.
Cari ilin mart ayının 2-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmışdır. Mağaza sahibi borcun 1 700 manat məbləğində olan hissəsini yerindəcə ödədiyindən, 6 min 732 manat məbləğində ərzaq məhsulları müəyyən edilmiş qaydaya uyğun olaraq siyahıya alınmışdır.
Həmin gün Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, ev 2 ünvanında yerləşənAbbasov Zeynalabdin Abbas oğluna məxsus (1200383192) “Filiz” şadlıq sarayında da əmlakın siyahıya alınması tədbiri keçirmiş, vergi ödəyicisinin 1005 manatlıq borcu müqabilində obyektdəki 1140 manat məbləğində mebel avadanlıqlarını müvafiq qaydada siyahıya alınmışdır.
0 Komment
Şərh yazın