Mart ayında necə vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib?
Ən çox vergi qanunvericiliyinin pozulması hansı sahədə baş verib?
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin məlumatına əsasən, 2013-cü ilin mart ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 3849 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmişdir
. 2092 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 395 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 255 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 467 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edimişdir. Operativ nəzarət tədbirləri zamanı 400 vergi ödəyicisi tərəfindən 737 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 222 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 18 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 165 ədəd mal olduğu aşkarlanmışdır.
Aşkar edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülmüşdür.
0 Komment
Şərh yazın