Prezident "ASAN" xidmətinin fəaliyyətlərinin sayını artırdı

Prezident "ASAN" xidmətinin fəaliyyətlərinin sayını artırdı

Artıq bank hesabı açmaq, əcnəbilər üçün əmək fəaliyyətini həyata keçirilməsi üçün fərdi icazəsini almaq da "ASAN"lıqdır...

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında və həmin Fərmanla təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda dəyişikliklər edib. “Qafqazinfo” xəbər verir ki, bundan sonra ASAN xidməti aşağadakı xidmətləri də göstərəcək:

1.1. 5.7.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.7.2. daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;”;


1.2. 5.11-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.11. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi;”.

2. Həmin Fərmanla təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.2.4-cü yarımbənd ləğv edilsin;

2.2. aşağıdakı məzmunda 4.6-cı və 4.7-ci bəndlər əlavə edilsin:
“4.6. “ASAN xidmət” mərkəzlərində aşağıdakı funksional yardımçı xidmətlər həyata keçirilir:
4.6.1. bank xidmətləri:
4.6.1.1. cari bank hesablarının açılması;
4.6.1.2. valyuta mübadiləsi;
4.6.1.3. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət rüsumlarının və xidmət haqlarının qəbulu;
4.6.1.4. inzibati xətalara dair cərimələrin qəbulu;
4.6.2. sığorta xidmətləri:
4.6.2.1. avtomobillərin sığortası;
4.6.2.2. daşınmaz əmlakın sığortası;
4.6.3. hüquqi yardım xidmətləri:
4.6.3.1. hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi;
4.6.3.2. məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi;
4.6.3.3. ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi;
4.6.3.4. vətəndaşların müraciəti əsasında digər növ hüquqi yardım göstərilməsi;
4.6.4. bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər;
4.6.5. tibb xidmətləri:
4.6.5.1. tibbi arayışların verilməsi;
4.6.5.2. ilkin tibbi yardım göstərilməsi;
4.6.6. rəsmi internet informasiya ehtiyatı vasitəsi ilə göstərilən xidmətlər:
4.6.6.1. real vaxt rejimində növbənin tutulması;
4.6.6.2. vətəndaş müraciətlərinin real vaxt rejimində qəbulu və cavablandırılması;
4.6.6.3. “Asan xidmət” mərkəzlərində göstərilən bütün xidmətlər üzrə vətəndaşların məlumatlandırılması;
4.6.6.4. e-asan bölməsi vasitəsi ilə “Asan xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət orqanlarına müraciətlərin qəbulunun və həmin müraciətlərin cavablandırılmasının elektron formada təşkili;
4.6.7. mərkəzlərdə quraşdırılan xüsusi terminallar vasitəsi ilə göstərilən xidmətlər:
4.6.7.1. mobil rabitə və internet xidmətlərinin ödənişi;
4.6.7.2. kommunal xidmətlərin ödənişi;
4.6.7.3. kredit və sığorta ödənişlərinin həyata keçirilməsi.
4.7. Mərkəzlərdə bu Qaydaların 4.6-cı bəndində nəzərdə tutulmayan digər funksional yardımçı xidmətlər də göstərilə bilər.
Mərkəzlərdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə mərkəzi, kafe və digər ictimai-iaşə məntəqələri fəaliyyət göstərə bilər..

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər