Əsas vəsaitlərin yeni və köhnə hesablar planları üzrə qruplaşmasında hansı fərqlər var?
"Mühasibat uçotu" kitabında bu fərq barədə açıqlama verilib
İndi isə əsas vəsaitlərin və «torpaq tikili və avadanlıq»ların uçotunda daha hansı fərqlər olduğuna
diqqət yetirək.
01 №-li «əsas vəsaitlər» hesabında uçota alınan əmək vasitələri iqtisadiyyatda müvafiq təhlil aparmaq üçün aşağıdakı qaydada qruplaşdırılır:
• Binalar;
• Qurğular (tikintilər);
• Ötürücü qurğular;
• Maşınlar və avadanlıqlar;
• Nəqliyyat vasitələri;
• İstehsalat alətləri (ləvazimatları) və təsərrüfat inventarları;
• İşçi və məhsuldar heyvanlar;
• Kitabxana fondu;
• Sair əsas vəsaitlər.
111 «Torpaq, tikili və avadanlıqlar»da isə aşığdakılar uçota alınmalıdır:
ü Torpaq;
ü Binalar;
ü Maşın və avadanlıqlar;
ü Nəqliyyat vasitələri;
ü Digər obyektlər;
ü Tikilməkdə olan obyektlər.
Göründüyü kimi, hər iki halda uçota alınanlar eynidir. Yeganə fərq köhnə hesablar planında olan «İşçi və məhsuldar heyvanlar» və “Sair əsas vəsaitləri”n tərkibində uçota alınan «Çoxillik əkmələr»lə bağlıdır. Daha doğrusu, bunlar köhnə hesablar planının 01 saylı balans hesabında uçota alınırdı, amma yeni hesablar planının 111 saylı hesabında artıq
uçota alınmır.
Onda, bəs, bunlar hansı balans hesabında uçota alınır. Köhnə hesablar planındakı “İşçi və məhsuldar heyvanlar» və «Çoxillik əkmələr» artıq 13 saylı maddədə, 131, 132 saylı hesablarda uçota alınır.
Göründüyü kimi fərqlər çox sadədir və uçot baxımından problem yaratmır. Qeyd etdiyimiz kimi köhnə hesablar planında əsas vəsaitə uyğun gələn bütün akivlər (məbləğ limiti nəzərə alınmamaqla) yeni hesablar planının 111-ci hesabında uçota alınır.
0 Komment
Şərh yazın