İşçinin əmək şəraiti ilə təmin edilməsi qanunvericiliklə necə tənzimlənir?
Əmək şəraitinin dəyişməsi nəticəsində işçinin işdən azad edilməsi necə rəsmiləşdirilməlidir?
İşçinin əmək müqaviləsinə xitam verilməsinin bir səbəbi əvvəlki fəsildə qeyd etdiyimiz kimi əmək şəraitinin dəyişməsidir. Əmək Məcəlləsinin «Əmək şəraitinin təmin edilməsi» adlanan 54-cü maddəsində əmək şəraiti aşağıdakı kimi xarakterizə olunur:
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:
– Peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi;
– Əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;
– Əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;
– Sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması;
– Əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
– Əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi;
– Bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunması;
– İşçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsi;
– İşçlərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;
– əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtlər.
2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə, əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
burada əmək şəraitinin dəyişməsi dedikdə, əsasən yaxşı şəraitin pisləşməsi başa düşülür. Məsələn, işçinin yüksək əməkhaqqıdan daha aşağı əməkhaqqılı işə, yaxud daha pis sanitar normalara cavab verən iş yerlərinə keçirilməsi. Belə hallarda işəgötürən işçiyə əmək şəraitinin dəyişdirilməsi barədə 1 ay qabaqcadan xəbərdarlıq etməlidir. Xəbərdarlıq əmr formasında olmalıdır. Əmrdə əmək şəraitinin dəyişməsinin forması və səbəbi göstərilməlidir. İşçi əmrlə tanış olmalıdır.
0 Komment
Şərh yazın