Satılmış malların qaytarılması və ucuzlaşdırılması yeni hesablar planında necə uçota alınır
Yeni hesablar planında maraqlı hesab
Yeni hesablar planında 602 saylı “Satılmış malların qaytarılması və ucuzlaşdırılması” hesabı da var. Əvvəlki hesablar planında birbaşa bu hesaba uyğun hesab yox idi.
Bu yerdə bir mühüm məqama toxunaq. Tutaq ki, «AA» müəssisəsi mal satıb və malın satışı 46 saylı hesabın kreditində əks olunub. Bir müddət sonra həmin mal tam və yaxud qismən geri qaytarılıb.
Bu zaman məbləğ artıq 46 saylı hesabın debetində əks olunurdu. Bir hesabda bu şəkildə uçot qarışıqlıq yaradırdı. Ona görə də yeni hesablar planında 602 saylı hesab nəzərdə tutulub. Satılmış malların geri qaytarılması və yaxud satıldıqdan sonra dəyərinin ucuzlaşdırılması halları baş verərsə, onda həmin əməliyyatlar 602 saylı hesabın debetində aparılır.
Mənbə: “Mühasibat uçotu” kitabı
P.S. “Mühasibat uçotu” kitabının satış qiyməti 20 manatdır. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir. Hal-hazırda kitabın satışı yekunlaşıb və yaxın zamanlarda çapı planlaşdırılır. Gələcəkdə kitabı əldə etmək üçün əlaqə telefon nömrənizi [email protected] və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın