İşçinin məzuniyyət hüququnun pozulmasına görə nə qədər cərimə hesablanır?

İşçinin məzuniyyət hüququnun pozulmasına görə nə qədər cərimə hesablanır?

30 gün əvəzinə 21 gün məzuniyyətin hesablanmasının cəriməsi varmı?

İnzibati Xətarlar Məcəlləsinin 53.5-ci maddəsinə əsasən məzuniyyət hüququnun pozulmasına görə cərimə hesablanır:
53. 5. işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə
— vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir
Göründüyü kimi cərimələr kifayət qədər böyükdür.

Cərimələr Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxslərinin qanuna müvafiq qaydada yoxlamaları zamanı nöqsanlar üzə çıxdıqda tətbiq olunur. Eyni zamanda işçinin şikayəti əsasında qanuna müvafiq qaydada Müfəttişlik araşdırmalar apara bilər və belə pozuntular olarsa, cərimələr tətbiq edə bilər.
Misal üçün, əgər işçiyə 30 gün əmək məzuniyyəti düşürsə, 21 gün əmək məzuniyyəti verilmişsə, inzibati cərimə tətbiq olunacaq. Eyni zamanda, işçiyə iş ilinə görə əmək məzuniyyəti düşürsə və işəgötürənlə işçi arasında əmək məzuniyyətinin başqa vaxta keçirilməsi barədə əlavə razılaşma yoxdursa, işəgötürən işçini əmək məzuniyyəti ilə təmin etmirsə, yenə inzibati cərimə tədbiq olunur. Həmçinin işçiyə əlavə məzuniyyət verilmirsə, bu da məzuniyyət hüququnun pozulmasıdır.
P.S. “Əmək Münasibətləri: A-dan Z-yə” kitabının satış qiyməti 20 manatdır. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir. Hal-hazırda kitabın satışı yekunlaşıb və yaxın zamanlarda çapı planlaşdırılır. Gələcəkdə kitabı əldə etmək üçün əlaqə telefon nömrənizi [email protected]  və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər