Vergi Məcələsinə edilən dəyişikliyə görə üçüncü şəxslərlə bağlı hansı tələb qoyulub?
01 yanvar 2013-cü ildən Vergi Məcəlləsinə edilən dəyişikliyin izahı
Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 36.3-cu maddəsinə aşağıdakı məzmunda üçüncu hissə əlavə edilib: “Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur.”
Göründüyü kimi, bu əlavə sırf vergi yoxlamalarına aiddir. Belə ki, vergi yoxlamaları zamanı tələb yönəldilən ücuncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur. Dəyişiklikdən göründüyü kimi, artıq üçüncü şəxsin məlumatı təqdim etməsi üçün konkret müddət müəyyənləşdirilib.
Mənbə: “Vergi Məcəlləsi 2013 – Şərhlər” kitabı
P.S. “Vergi Məcəlləsi 2013 – Şərhlər” kitabının satış qiyməti 10 manatdır. Üzərində CD bonus olaraq Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün əlaqə telefon nömrənizi [email protected] və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın