Əmək Qanunvericiliyinə əsasən əmək müqaviləsinin müddəti necə tənzimlənir?

Əmək Qanunvericiliyinə əsasən əmək müqaviləsinin müddəti necə tənzimlənir?

Müddətli əmək müqaviləsi haqqında bilmədiklərimiz

Müddətli əmək müqaviləsinin şərtləri Əmək Məcəlləsinin 45-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əmək müqaviləsi ya qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Ümumiyyətlə, Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilmə mişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
Qeyd edək ki, Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

Əgər Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisnadırsa və Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin maddəyə əsasən, Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə
davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Mənbə: “Əmək Qanunvericiliyi Toplusu 2013” kitabı
P.S. “Əmək Qanunvericiliyi Toplusu 2013” kitabının satış qiyməti 10 manatdır. Üzərində CD bonus olaraq Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.  Kitabı əldə etmək üçün əlaqə telefon nömrənizi [email protected]  və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər